Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib, ölən var – YENİLƏNİBbackend

Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib, ölən var – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə NOCOMMENT.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla 4 nəfər isə zəhərlənib. Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

***

18.40

Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində baş verib.

Onlardan birinin öldüyü bildirilir.