Sumqayıtda buna görə koronavirus xəstəsinə cinayət işi açılıb – VİDEObackend

Sumqayıtda buna görə koronavirus xəstəsinə cinayət işi açılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər Polis idarəsi və Qubadlı rayon polis şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

NOCOMMENT Oxu.az-a istinadən xəbər verir ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər Kotec qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur.

Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb. İbrahim Kərimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

Şəxs polisin nəzarətinə götürülüb.