Sumqayıtda çirkab suları qəbiristanlığa axıdılır? – VİDEO + RƏSMİ AÇIQLAMAbackend

Sumqayıtda çirkab suları qəbiristanlığa axıdılır? – VİDEO + RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakinləri qəsəbənin qəbiristanlığı yerləşən əraziyə çirkab suların axıdıldığını bildiriblər.

NOCOMMENT xəbər verir ki, sakinlər bunu əks etdirən kadrları yeniavaz-a təqdim ediblər. Onlar bildirirlər ki, qəbiristanlıqdakı məzarlar suyun içindədir.

Həmin kadrları təqdim edirik:

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirilib ki, hazırda sözügedən ərazidə belə bir hal yoxdur: “Bu videogörüntülərin nə zaman çəkilməsi ilə bağlı məlumatımız yoxdur. Ancaq deyə bilərik ki, hazırda qeyd olunan ərazidə bu hal müşahidə olunmur. Onu da qeyd edək ki, ərqzidə qrunt sularının yığılmaması üçün torpaqlama və digər işlər həyata keçirilib”.