Sumqayıtda daha bir ölüm – Piyada ehtiyatsızlığı?backend

Sumqayıtda daha bir ölüm – Piyada ehtiyatsızlığı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki,  hadisə şəhər ərazisində, marşrut avtobus dayanacağının yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, baba iki nəvəsi ilə birlikdə marşrutdan düşdükdən sonra qəfil yola çıxıblar. Baba nəvələrindən birini saxlamağa müvəffəq olub, lakin digər uşaq — 2013-cü il təvəllüdlü Məmmədli Əzizə Seymur qızı yola çıxaraq hərəkətdə olan avtomobilin vurması nəticəsində ağır xəsarət alıb.

Azyaşlı qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən fakt üzrə araşdırma aparılır.