Sumqayıt şəhərinin 36-cı məhəlləsində sakinlərə xəbərdarlıq edilmədən elektrik enerjisi dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, sakinlər elektrik kəsintisi səbəbi ilə gündəlik həyatda çətinliklərlə üzləşdiklərini bildirir. Hazırda məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Vətəndaşlar internetdə paylaşılan əlaqə nömrələri ilə dəfələrlə əlaqə saxlamaya çalışsalar da, əlaqə yaratmaq mümkün olmayıb.














