KoronaVirus İnformasiya Portalı
Sumqayıtda eyni yol beşinci dəfə çökdü – FOTO/VİDEObackend

Sumqayıtda eyni yol beşinci dəfə çökdü – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda eyni yol beşinci dəfə çöküb – söhbət şəhərin Kamran Hüseynov küçəsindən gedir…

NOCOMMENT bildirir ki, ərazidə yolun çökməsi nəticəsində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Vətəndaşlar tərəfindən təhlükəsizlik məqsədilə yolun çökən hissəsinin ətrafına daş qoyulub.

İlkin məlumatlara görə, hadisə zamanı zərərçəkən olmayıb.

Xatırladaq ki, sözügedən küçədə yol bundan əvvəl dörd dəfə çökmüşdü. Bir neçə dəfə yolda təmir-bərpa işləri aparılsa da, görünən odur ki, yolun çökməsinin qarşısını almaq mümkün olmayıb.

Həmin görüntüləri təqdim edirik:

Oxu.az