Sumqayıt şəhərində acı hadisə baş verib.
NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, şəhərin 2-ci mikrorayon ərazisində 1960-cu il təvəllüdlü Fazil Ağayev küçədə olarkən özünü qəfil pis hiss edib. Əraziyə dərhal təcili tibbi yardım əməkdaşları cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Kişinin hadisə yerində vəfat etdiyi bildirilib.
Baş verən faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Turab
NOCOMMENT.az









