Sumqayıtda həkimlə vətəndaş arasında vaksinasiya qalmaqalı – VİDEObackend

Sumqayıtda həkimlə vətəndaş arasında vaksinasiya qalmaqalı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün sosial şəbəkədə Sumqayıt şəhər 2 saylı poliklinika ilə bağlı şikayət paylaşılıb.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, videoda vətəndaş 2 saylı poliklinikada onların COViD-19-la bağlı müraciətinin qeydiyyata alınmadığını iddia edir.

Belə ki, sakinin sözlərinə görə, baş həkim müraciətlə bağlı vətəndaşlara rədd cavabı verərək, onların qeydiyyata alınmayacağını bildirib.

Yayılan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini müəyyən etmək məqsədilə Sumqayıt Səhiyyə şöbəsinə sorğu ünvanladıq.

Sumqayıt Səhiyyə Şöbəsindən bildirilib ki, vaksinasiyanın aparıldığı Ailə sağlamlıq mərkəzinə üç nəfər gələrək qeydiyyatdan keçmədən vaksinasiya olunmalarını tələb ediblər: “Tibb işçiləri həmin şəxslərin qeydiyyatdan keçmələrini tələb etdikdə isə vətəndaşlar xoşagəlməz davranışlara yol veriblər. Sağlamlıq vəziyyətləri imkan vermədiyi üçün həmin şəxslərə vaksin vurulmayıb”.