Sumqayıtda içməli su problemi davam edir – 90-cı illərə qayıdırıqbackend

Sumqayıtda içməli su problemi davam edir – 90-cı illərə qayıdırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Sumqayıt şəhərinin bir hissəsində bu gün günorta saatlarından etibarən içməli su verilişi dayandırılıb.

Azərsu ASC-dən Sumqayıtda su ilə bağlı bir problemin olmadığını bildiriblər: “Ola bilsin ki, hansısa məhəllə daxilində təmir işləri aparılır”.

Azərsu ASC-nin Sumqayıt Sukanal İdarəsinin daxili nömrələri və İdarənin rəisi İlqar Abdullayev ilə əlaqə saxlamaq cəhdlərimiz isə baş tutmadı. Əhali isə bu isti yay günlərində içməli su ilə imtahana çəkilməkdə davam edir. 

Qeyd edək ki, Sumqayıt şəhərinin içməli su problem uzun illərdir ki, həll olunmamış qalmaqdadır.

Dövlət büdcəsindən və beynəlxalq kredit təşkilatlardan Sumqayıtın su təsərrüfat infrastrukturunun yenilənməsi və əsaslı təmiri ilə bağlı milyonlarla dövlət zəmanəti ilə alınmış kreditlər ayrılsa da bu problem öz həllini hələ də tapmayıb.