Sumqayıtda iki avtomobil toqquşdu, xəsarət alan varbackend

Sumqayıtda iki avtomobil toqquşdu, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT-in Report-a istinadən məlumatına görə, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

Belə ki, 50-DK-964 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil qarşıdan gələn 50-DF-321 dövlət nömrə nişanlı “VAZ” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “Opel” markalı avtomobilin sürücüsü xəsarət alıb.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.