Sumqayıtda internet kəsildi – SNTV yenə çökdübackend

Sumqayıtda internet kəsildi – SNTV yenə çökdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə COVİD-19 pandemiyası dönəmində insanların evdə qalaraq xüsusi karantin rejimlərinə riayət etdikləri dönəmdə gündəlik işlərini evdən idarə edərək reallaşdırnaq məcburiyyətində qaldılar. Bu zaman isə ölkəmizin dünya bazar qiymətlərindən bir neçə dəfə baha xidmət göstərən internet provayderlərinin işi artdı.

Artıq bir neçə aydır ki, Sumqayıt şəhərinin mərkəzi hissələrində, eləcə də bəzi mikrorayonlarında internetin verilməsində qısamüddətli fasilələr yaranıb. Şəhərdə müəyyən zaman intervalı ilə internet verilməsində ciddi problemlər yaşanmaqdadır.

NOCOMMENT.az xəbər verir ki, bu saatlarda Sumqayıtda internetin verilməsində problemlər yaşanır. Şəhərin çox hissəsini internetlə təmin edən SNTV provayderinin fəaliyyətində ciddi problemlər yaranıb. Şirkətdən abunəçilərə şəbəkədə heç bir problemin olmadığını bildirsələr də hazırda şəbəkədə internet verilişi dayanıb.

Şəhərdə SNTV provayderində yaranan fasilələr səbəbindən ali təhsil və orta təhsil müəssisələrində tədrisə onlayn qoşulan tələbə və şagirdlərdə ciddi problemlər yaşanmaqdadır. Görünür interneti KATV-dən alan SNTV yüklənməyə tab gətirə bilmir.  

Şirkətdən abunəçilərə şəbəkənin son günlər yüklənməyə məruz qalmasını səbəb kimi göstəriblər.

Gün ərzində dəfələrələ göstərilən cəhdlərə baxmayaraq, provayderin qaynar xəttləri (+994502569405; +994502569408; 0186520010; 0186520055; 0186520066) ilə əlaqə yaratmaq mümkün olmadı.