Sumqayıtda itkin düşən məktəbli tapıldı – YENİLƏNİB – FOTObackend

Sumqayıtda itkin düşən məktəbli tapıldı – YENİLƏNİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda bu gün itkin düşən 12-ci mikrorayon sakini 9 yaşlı Yasin Hüseynli tapılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə azyaşlının ailəsi məlumat verib.

Qeyd olunub ki, məktəblini xalası oğlu Sumqayıt şəhər 28 nömrəli məktəbin həyətindən tapıb.

Qeyd edək ki, azyaşlı Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin üçüncü sinif şagirdidir.

*****

19:30

Sumqayıtda azyaşlı itkin düşüb.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, hadisə 12-ci mikrorayon ərazisində baş verib.

Doqquz yaşlı Yasin Hüseynli məktəbdən çıxıb, lakin evə qayıtmayıb. Onun əynində məktəbli forması olub.

Azyaşlını görən və ya barəsində hər hansı məlumatı olan şəxslərdən (070) 959-90-88 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.