Sumqayıtda jurnalistin maşınına ikinci dəfə basqın edildibackend

Sumqayıtda jurnalistin maşınına ikinci dəfə basqın edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin ikinci böyük şəhəri olan Sumqayıtda kriminal durum ürəkaçan deyil. Hər gün bir neçə oğurluq, soyğunçuluq və s. cinayət hadisələri qeydə alınır.

NOCOMMENT xəbər verir ki, saytımızın baş redaktoru, tanınmış iqtisadçı-jurnalisti İlham Məmmədzadə bu gün səhər baş vermiş hadisə ilə bağlı sosial hesabında paylaşım edib.

Belə ki, İ.Məmmədzadənin maşınının yan şüşəsi gecə saatlarında yaşadığı 36-cı məhəllədə sındırılıb. Bundan sonra soyğunçu maşının içərisində axtarış aparıb və hadisə yerindən qaçıb. Jurnalist baş vermiş hadisə barədə dərhal polis idarəsinə məlumat verib və…

“Sumqayıt şəhəri kriminal hadisələri ilə yenə öndədir. Kimdirsə jurnalisti daha imkanlı hesab edir. Son 2 ildə ikinci dəfədir ki, bu hadisə baş verir. Səbəbi isə çox sadədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsindən bu kimi hallara baxılmamasıdır. Polis rəsmi şəkildə bildirir ki, dəymiş ziyan 5 000 manatdan aşağı olduğu üçün cinayət işi açılmır.

Vətəndaşın əmlakına basqın edilərək zərər vurulur, polis isə bildirir ki, dəymiş zərər az olduğundan cinayət işi açılmır. Sumqayıt sakinləri bilir ki, 36-cı məhəllə şəhərin mərkəzi hesab olunur. Görün indi şəhərin kənarında vəziyyət necədir.

Təqribən 10 gün öncə də qonşu məhəllədən bir dostumuzun avtomobilini oğurlamışdılar”, – deyə İlham Məmmədzadə sosial hesabında paylaşım edib.

Ümid edirik ki, tezliklə Sumqayıt şəhər Polis İdarəsi öhdəsinə düşən vəzifənin icrasına başlayacaq.