Sumqayıtda “KamAZ”ın vurduğu kişi xəstəxanada ölübbackend

Sumqayıtda “KamAZ”ın vurduğu kişi xəstəxanada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, mayın 23-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində Xaçmaz rayon sakini Ü.İbrahimov “KamAZ” markalı avtomobili arxaya idarə edərkən avtomobilin arxasında dayanmış Maqomed Zalibekovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Zalibekov orada ölüb.

Baş İstintaq və Tədqiqat İdarəsi tərəfindən araşdırma aparılır.