Sumqayıtda kişi meyiti tapıldıbackend

Sumqayıtda kişi meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində tək yaşayan şəxs mənzilində ölü halda tapılıb.

NOCOMMENT.az -ın yerli bürosunun məlumatına görə, mərhum Hüseynov Rövşən İsrafil oğlu, 1963-cü il təvəllüdlüdür. O, mənzildə tək yaşayırmış.

İlkin ehtimallara əsasən, Rövşən Hüseynovun ölümündən təxminən 5 gün keçib. Onun meyiti bu gün hamam otağında aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır, müvafiq ekspertiza təyin edilib.