Sumqayıtda küçə itləri meydan sulayır – VİDEObackend

Sumqayıtda küçə itləri meydan sulayır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sahibsiz itlərinin şəhərlərdə çoxalması Azərbaycanda da aktual olan sosial problemlərdəndir. Amma bu problem Sumqayıtda daha qabarıq özünü göstərir və sakinləri narahat edir. Son vaxtlar Sumqayıtda sahibsiz itlər həddən artıq çoxalıb.

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a Sumqayıt sakini Faiq Hüseynov şikayət edib.

“Hətta vəziyyət o yerə çatıb ki, sürü halında, mikrorayonlarda, binaların həyətlərində, parklarda, küçələrdə, digər ictimai yerlərdə özlərini komfort hiss edən itlər üzündən nəinki məktəbə gedən, çölə-bayıra çıxan uşaqlar qorxurlar, böyüklər belə çəkinirlər.

Artıq bir ərazidə sürü kimi çoxalıb məskən salan yiyəsiz itlər özlərini oranın sahibləri sayır və həmin yerdən keçən insanlara hücum edir, hürürlər. İşə tələsən sakinlər və məktəbə gedən şagirdlər itlərin kütləvi hücumuna məruz qalır. Sürü halında və gecə vaxtı küçə itləri daha təhlükəli və aqressiv olurlar. Bu baxımdan gecə vaxtı çölə çıxmağı Sumqayıtda az qala qəhrəmanlıq saymaq olar”.

Şikayətçinin sözlərinə görə, heç kəndlərdə belə Sumqayıtdakı kimi itlərin hürüşməsinə rast gəlmək olmaz. Halbuki, Sumqayıt ölkənin ən böyük şəhərlərindən biridir.

Sumqayıtda it dişləməsi faktının çox baş verir. İl ərzində neçə yüzlərlə belə hal baş verir.

“Amma yalnız ölüm faktı olduqda bu məsələ gündəmə gəlir. Neçə ki, bir neçə il əvvəl Sumqayıtda, 10-cu mikrorayon ərazisində it dişləməsindən 20 gün sonra 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı quduzluq nəticəsində vəfat edib.

Mikayılzadə xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək olmayıb. Hücum edən it onu üz və alın nahiyəsindən dişləmişdi. Bundan başqa, bir nəfər kişi də itlərin hücumuna məruz qalıb ölüb”.

Şəhər sakini deyir ki, sahibsiz küçə itləri həm də yoluxucu xəstəliklərin yayıcılarıdır. Onlar psixoloji olaraq da sakinlərə mənfi təsir edir, insanlarda narahatlıq doğurur.

“Gecə vaxtı onların səs-küy salaraq hürüşməsi-insanların istirahətini pozması adi hala çevrilib. Doğrudanmı indi Allah eləməsin, kimsə quduz itin dişləməsindən ölməlidir ki, əlaqədar qurumlar hərəkətə keçsin…

Vətəndaşlara küçə itlərinin olduğu, dolaşdığı yerlərdən mümkün qədər uzaq durmağı məsləhət görürülər, amma bu da çıxış yolu deyil.

Əlbəttə, itləri öldürmək düzgün deyil, qeyri-insanidir, amma Sumqayıtda insan həyatı, əsasən də azyaşlılar üçün təhlükə mənbəyinə çevrilən sahibsiz itlər zərərsizləşdirilməli, torlar vasitəsi ilə tutulmalı , ərazidən uzaqlaşdırılmalı, sığınacaqlarlarda yerləşdirilməlidir”.