Sumqayıtda küçələr dezinfeksiyaedici məhlullarla yuyulurbackend

Sumqayıtda küçələr dezinfeksiyaedici məhlullarla yuyulur – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədi ilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən NOCOMMENT.az-a verilən məlumata görə, İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur. Dezinfeksiya tədbirlərinə Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunub.

Qeyd edək ki, Şəhərdə bütün sahələrdə – küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində dezinfeksiya işləri aparılır. Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənir.