KoronaVirus İnformasiya Portalı
Sumqayıtda mebel sexində güclü yanğın baş veribbackend

Sumqayıtda mebel sexində güclü yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda axşam saatlarında güclü yanğın hadisəsi baş verib.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı məhəlləsində fəaliyyət göstərən mebel sexində qeydə alınıb.

Qəfildən alışan sexdə bütün avadanlıqlar, yumşaq mebel dəstləri yanaraq kül olub. Əraziyə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Sex sahibi Məsud Əliyev verdiyi açıqlamasında bildirib ki, o, mebel sexini bağlayıb evə getdikdən 20 dəqiqə sonra obyektdə yanğın başlayıb: “Son müştərini yola saldıqdan sonra evə getdim. Məlumat gəldi ki, sexdə yanğın başlayıb. Bütün avadanlıqlarım, yumşaq mebel dəstləri, soyuducu yanaraq külə dönüb. Ümumilikdə 12000 manata yaxın ziyan dəyib”.

Hadisəsin başvermə səbəbləri araşdırılır.