Sumqayıtda mənzildə partlayış oldubackend

Sumqayıtda mənzildə partlayış oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində mənzillərin birində partlayış baş verib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon, ev 27, mənzil 161-də baş verib.

Belə ki, mənzilin vanna otağında qaz sızması güclü partlayışla müşayət olunub. Partlayışın gücündən mənzilin pəncərəli qırılıb, parçaları küçəyə dağılıb. Mənzildə olan əşyalar yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Müvafiq qurumların nümayəndələri hadisə yerinə cəlb olunublar.

Hadisənin başvermə səbəbləri araşdırılır.