Sumqayıtda mobil qruplar maarifləndirmə tədbirləri aparır – FOTOLARbackend

Sumqayıtda mobil qruplar maarifləndirmə tədbirləri aparır – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir.

NOCOMMENT.az Sumqayıt şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, digər tədbirlərlə yanaşı şəhər ərazisində 170-ə yaxın mobil qruplar fəaliyyət göstərir. Sumqayıt şəhər İcra Hakimiyyətinin, Hüquq Mühafizə Orqanlarının, Sumqayıt şəhər Mənzil Komunal İdarəsinin və digər qurumların əməkdaşlarından ibarət mobil qruplar şəhər ərazisində maarifləndirmə işləri həyata keçirir, eyni zamanda sərt karantin rejiminin tələblərinin icrasına nəzarət həyata keçirilir. İnsanların qaydalara əməl etməsi ilə bağlı çağrışlar olunur.

Mobil qruplar şəhər ərazisində fəaliyyət göstərən marketlərdə, eləcə də məhəllə daxili ərazilərdə insanlarla maarifləndirmə işləri həyata keçirir, SMS icazənin olub-olmaması yoxlanılır.

Mobil qruplar xüsusi hərarət ölçən cihazlarla insanların hərarətlərini də yoxlayır.