Sumqayıtda narkotacirlər tutulublarbackend

Sumqayıtda narkotacirlər tutulublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan dəstənin digər üzvləri də saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən bir neçə gün əvvəl həyata keçirilən əməliyyat nəticəsində 1 kiloqramdan artıq narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğu üçün saxlanılan Məcid Şamilovun həmin maddələri əldə etdiyi şəxs də tutulub. Həyata keçirilən əməliyyat zamanı ona narkotik vasitələri Abşeron rayon sakini Anar Bayramov tərəfindən verildiyi məlum olub. Anar Bayramov polislər saxlayan zaman o, ifadəsində İranda yaşayan şəxsiyyəti istintaqa məlum olmayan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin pulunu müxtəlif yollarla Azərbaycandan İrana göndərən Astara rayon sakini Vahid Rəcəbov da saxlanılıb.

Faktla bağlı hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.