Sumqayıtda növbəti gecə əməliyyatı – Yaşıllığa beton tökdülər – FOTObackend

Sumqayıtda növbəti gecə əməliyyatı – Yaşıllığa beton tökdülər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda prospektlərdən birinin yaşıllıq sahəsində yaranan vəziyyət narazılıq yaradıb. 

NOCOMMENT.az xəbər verir ki, 22-ci məhəllə, Heydər Əliyev prospektində yaşıllıqların yerləşdiyi sahəyə gecə saatlarında beton tökülüb.

“Yayda bura yaşıllıq və ağacların kölgəsi ilə çox gözəl görünürdü. İndi isə belə vəziyyət ərazinin görüntüsünü korlayır. Yaşıllıq sahəsinə hansı məqsədlə beton töküldüyü isə məlum deyil”, – deyə şikayətçi narahatlığını ifadə edib. 

Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və məsələyə aydınlıq gətirilməsini tələb edirlər.

Xatırladaq ki, redaksiyamız 13 aprel tarixində Sülh prospektinin 1-ci mikrorayon hissəsində gecə saatlarında piyadaların istifadə etdiyi səkinin üzərində iri obyekt quraşdırılması ilə bağlı şikayət işıqlandırıb./Sumqayit24.az/