Sumqayıtda pişiklərin əzabla öldürüldüyü iddia olunur.
NOCOMMENT.az-a müraciət edən Məlahət Muradova bildirib ki, bir nəfər, əsasən 17 və 18-ci mikrorayon ərazilərində pişiklərin dillərini dibindən kəsir, başlarına daşla vurub onları öldürür:
“Bu artıq 4-cü, ya 5-ci pişikdir ki, dili kəsilmiş vəziyyətdə tapırıq və baytara aparırıq. Baytar da onların dillərinin kəsildiyini təsdiqləyir. Əlimizdə baytarın təsdiq olunmuş rəyi də var.
Polis əməkdaşları həmin manyakı təcili tapıb, cəzalandırmalıdırlar. O təkcə heyvanlar üçün yox, cəmiyyət üçün də təhlükəlidir!”.\\Sumqayit24.az