Sumqayıt şəhərinin Xəzər bağları adlanan yaşayış massivində faciəvi hadisə baş verib. 1978-ci il təvəllüdlü İsayeva Hicran Eyyub qızı həyat yoldaşı tərəfindən döyülərək öldürülüb.
NOCOMMENT.az xəbər verir ki, ilkin məlumatlara görə, hadisə ailə münaqişəsi, daha dəqiqi — qısqanclıq zəminində baş verib. Qadının aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat etdiyi bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin detalları və təfərrüatları müəyyənləşdirilir.













