Sumqayıtda qanunsuz parklanmaya qarşı reyd – VİDEObackend

Sumqayıtda qanunsuz parklanmaya qarşı reyd – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda qanunsuz parklanma ilə əlaqədar gün ərzində keçirilən reydlər zamanı 78 sürücü, ictimai nəqliyyatda maskadan istifadə etməyən 62 nəfər barəsində inzibati protokol tərtib edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı şəhərin mərkəzi küçələrində və köməkçi yollarda piyadaların sərbəst hərəkətinə maneçilik yaradan və düzgün parklanmayan nəqliyyat vasitələri müəyyən ediliblər.

Gün ərzində keçirilən reydlərdə 78 sürücü barəsində inzibati protokol tərtib edilib.

Sumqayıt şəhərində keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən şəxslər də müəyyən edilib və pnlar da inzibati məsuliyyətə cəlb olunublar.

Təşkil edilən profilaktik tədbir zamanı həmçinin Sumqayıt şəhərində ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslər də müəyyən ediliblər. Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Tədbir nəticəsində ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb.

Qeyd edək ki, Sumqayıtda keçirilən sonuncu tədbir zamanı avtobuslarında maskadan istifadə etməyən, yalnız polis əməkdaşlarını görən zaman sanitar qaydalara əməl edən bununla da virusun yayılma riskini artıran şəxslərin müəyyən edilməsi üçün mülki geyimli polis əməkdaşları da xidmətə cəlb ediliblər. Nəticədə avtobuslarda tibbi maskadan istifadə etməyən 62 nəfər müəyyən edilib və barələrində inzibati protokol tərtib edilib.

Tədbir zamanı peyvənd olunmayan, özü və sərnişini tibbi maskadan istifadə etməyən taksi fəaliyyəti ilə məşğul olan sürücülər də saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

Sumqayıt şəhəri ərazisində sanitar-karantin və parklanma qaydalarına əməl olunmasına polis əməkdaşları tərəfindən nəzarətin gücləndirilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq bundan sonra davam etdiriləcək.