Sumqayıtda qəza – Üç nəfər xəsarət alıb – FOTObackend

Sumqayıtda qəza – Üç nəfər xəsarət alıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb, 3 nəfər xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Niyazi küçəsində baş verib. İlkin məlumatlara əsasən, “Kia Sorento” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.