Sumqayıtda qohumunu qətlə yetirməkdə şübhəli bilinən şəxs ölüb – YENİLƏNİBbackend

Sumqayıtda qohumunu qətlə yetirməkdə şübhəli bilinən şəxs ölüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayət törətməkdə şübhəli bilinən Rzayev Ceyhun Alxan oğlu müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.

Bu barədə NOCOMMENT.az-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

***

20:17

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Sumqayıt şəhər prokurorluğundan NOCOMMENT.az-a verilən xəbərə görə, martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Nicat Salahovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1976-cı il təvəllüdlü Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.