Sumqayıtda stadion ətrafının abadlaşdırılmasına yarım milyon ayrıldıbackend

Sumqayıtda stadion ətrafının abadlaşdırılmasına yarım milyon ayrıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun ətraf hissəsinin abadlaşdırılması və yaşıllıq işlərinin satın alınmasına yarım milyon manatadək vəsait ayrılıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bununla bağlı iyunun 16-dan tender elan olunub. Dekabrın 30-da başa çatacaq tenderin qalibi 443 000 manat 30 qəpik qazanacaq. Maraqlanan şəxslər Şəhər İcra Hakimiyyətinə müraciət etməlidir.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına 5 milyon manat vəsait sərf edilib.