Sumqayıtda tikinti materialları bazarında obyekt yanıbbackend

Sumqayıtda tikinti materialları bazarında obyekt yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində tikinti materialları bazarının ərazisində ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı obyektin iki otağının dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Obyektin qalan hissəsi, yaxınlıqda yığılan taxta materialları və digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.