Sumqayıtda valideynlərdən 3-cü doza vaksin tələb olunur – ŞİKAYƏTbackend

Sumqayıtda valideynlərdən 3-cü doza vaksin tələb olunur – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, koronavirusun daha yoluxucu “Delta” ştamının geniş yayılması ilə bağlı xəstəliyə qarşı immuniteti artırmaq üçün Səhiyyə Nazirliyi 3-cü (buster) dozanın vurulması ehtiyacı yarandığını bildirmişdi.

Buster dozanın vacibliyi vurğulansa da, 3-cü dozanın qəbul edilib-edilməməsi fərdi, yəni könüllük prinsipi ilə həyata keçirilir.

Könüllülük prinsipinə baxmayaraq, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin rəhbərliyi valideynlərdən COVİD-19 infeksiyasına qarşı 3-cü doza vaksinin vurulması ilə bağlı sənəd tələb edir.

Bu barədə həmin məktəbin valideynləri tərəfindən NOCOMMENT.az redaksiyasına şikayət daxil olub.

Bunun nə dərəcədə qanunavericiliyə uyğun olması isə müəmmadır.

Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hər zaman hazırıq.

Nərmin Vüqarqızı