Sumqayıtda Xalq artistinin qardaşı döyülüb – FOTObackend

Sumqayıtda Xalq artistinin qardaşı döyülüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda Xalq artistinin qardaşını parkda döyüblər.

NOCOMMENT APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində parklardan birində baş verib.

1966-cı il təvəllüdlü İxtiyar Allahverdiyev və Vəlixan Səmədov naməlum şəxslər tərəfindən döyülüblər. Hər iki şəxsə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində tibbi yardım göstərilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, döyülənlərdən biri 54 yaşlı Vəlixan Səmədov Xalq artisti Əlixan Səmədovun qardaşıdır.