Sumqayıtda XXI əsr biabırçılığı: BTZ bağları hələ də kanalizasiyasızdır – VİDEObackend

Sumqayıtda XXI əsr biabırçılığı: BTZ bağları hələ də kanalizasiyasızdır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhəri, BTZ bağları yaşayış massivində illərdir kanalizasiya problemi həll olunmur.

NOCOMMENT.az xəbər verir ki, ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur, məişət tullantı suları üçün heç bir infrastruktur yaradılmayıb.

Xüsusilə yağışlı havalarda küçələr və həyətlər su altında qalır, sular evlərin zirzəmilərinə, bəzi hallarda isə yaşayış sahələrinə qədər dolur. Bu da sakinlərə ciddi maddi ziyan vurur.

Durğun sular antisanitar vəziyyət yaradır, xoşagəlməz qoxu yayılır və yoluxucu xəstəliklərin riski artır. Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb.

BTZ bağları sakinləri aidiyyəti qurumlardan kanalizasiya xətlərinin çəkilməsini və problemin təcili şəkildə aradan qaldırılmasını tələb edirlər.

Daha ətraflı NOCOMMENT.az-ın süjetində: