Sumqayıtda yaşadığı evin həyətində yanmış qız reanimasiyaya yerləşdirilib – YENİLƏNİBbackend

Sumqayıtda yaşadığı evin həyətində yanmış qız reanimasiyaya yerləşdirilib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 3-də 2016-cı il təvəllüdlü şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ona boynun, gövdənin ön səthinin, hər iki yuxarı ətrafların II və III dərəcəli termiki alov yanığı diaqnozları təyin edilib.

“Reanimasiya şöbəsində müalicəsi davam etdirilən uşağın vəziyyəti hazırda stabil ağır qiymətləndirilir”, – deyə məlumatda qeyd edilib.

***

17:22

Sumqayıtda 8 yaşlı uşaq yanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2016-cı il təvəllüdlü Sevil Allahverdiyeva yaşadığı evin həyətində oynayarkən ipi yandırıb. Nəticədə yanan ipdən uşağa od düşüb. Valideynləri tərəfindən söndürülərək təcili xəstəxanaya çatdırılıb.

Hazırda azyaşlının müalicəsi Bakıda Yanıq Mərkəzində davam etdirilir.

Fakt araşdırılır.