Sumqayıtda yaşıl soyqırımı: 50 illik ağacları kəsdilər – FOTOLARbackend

Sumqayıtda yaşıl soyqırımı: 50 illik ağacları kəsdilər – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində növbəti dəfə ağaclar kəsilərək məhv edilib.

NOCOMMENT xeberle.com-a istinadən xəbər verir ki, hadisə Sülh küçəsində, 30-cü məhəllə ərazisində, 6/4-cü binanın arxasında, Zoomağazanın yanında baş verib.

Belə ki, mayın 11-də axşam saatlarında elektrik mişarı vasitəsilə yaş kök üstə, bioloji inkişafda olan 50 illik şam və küknar ağacları doğranaraq məhv edilib. Ətrafda yaşayan sakinlər buna etiraz edərək, hadisəni telefonlarının kamerasının yaddaşına köçürə biliblər. Məsələ ilə bağlı sakinlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və polis idarəsinə müraciət etdikləri məlum olub.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, baş verən hadisədən xəbərdardırlar: “Hadisə yerinə baxış keçirilib, araşdırma aparılır. Hüquqi qiymət veriləcək”.