Sumqayıtda yataqxanada yanğın olub, zəhərlənən var – FOTObackend

Sumqayıtda yataqxanada yanğın olub, zəhərlənən var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda yanğın olub.

NOCOMMENT APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində 8 saylı yataqxananın 4-cü mərtəbəsindəki mənzildə qeydə alınıb. Yanğın nəticəsində mənzil 20 kv/m sahədə yanıb, orada olan əşyalar yararsız hala düşüb. Əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Hadisə zamanı həmin evdə yaşayan 2000-ci il təvəllüdlü Soltanov Soltan Rasim oğlu tüstüdən zəhərlənib. Ona təcili tibbi yardım əməkdaşları tərəfindən yardım göstərilib.

Yanğının başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.