Sumqayıtda yeni stadionun tikintisi yekunlaşmaq üzrədirbackend

Sumqayıtda yeni stadionun tikintisi yekunlaşmaq üzrədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda inşa edilən yeni stadionda son işlər gedir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Trend-ə Sumqayıt şəhər İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, sözügedən stadionun tikintisinə 2019-cu ildə başlanılıb:

“Yeni stadion 60 il əvvəl istifadəyə verilmiş Mehdi Hüseynzadə adına Sumqayıt Stadionunun yerində tikilir. İdman arenası beynəlxalq standartlara uyğun inşa edilir.

Hazırda stadionun tribunalarının tikinti işləri yekunlaşmaq üzrədir. Tikinti işləri qrafikə uyğun olaraq həyata keçirilir. Bu da staionda ölkə və beynəlxalq əhəmiyyətli oyunların keçirilməsinə imkan verəcək. Yeni tikilən stadionun bu il istifadəyə verilməsi nəzərdə tutulur. Dünya stadion tikililərində bir yenilik olan Sumqayıt stadionunun yeni dizaynı modern üslubda olmaqla şəhər memarlığına böyük töhfə verəcək”.

Qeyd edək ki, yeni tikilən stadionun tutumunun 12 min olacağı nəzərdə tutulur. Köhnə stadionda meydanın kənarında olan qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstüörtülü iki ehtiyat meydança tikiləcək. Stadionun ərazisində otelin inşa olunması da planlaşdırılır.