Sumqayıtda zavod yanır: əraziyə giriş məhdudlaşdırıldı – VİDEObackend

Sumqayıtda zavod yanır: əraziyə giriş məhdudlaşdırıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, yanğın şəhər ərazisində yerləşən zavodlardan birində qeydə alınıb. Hadisə ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində intensiv tədbirlər görülür. Eyni zamanda polis əməkdaşları tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib, ərazi nəzarətə götürülüb.

Yanğının başvermə səbəbləri və mümkün zərər barədə məlumatlar dəqiqləşdirilir.