Sumqayıt şəhərinin Heydər Əliyev prospektində bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, hərəkətdə olan “Nissan” markalı minik avtomobili yol üzərində dayanmış vəziyyətdə olan iki “Hyundai” və bir “Renault” markalı avtomobilə çırpılıb. Toqquşma nəticəsində zəncirvari qəza yaranıb və nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
İlkin ehtimallara əsasən, hadisə sürücünün diqqətsizliyi səbəbindən baş verib. Qəzanın avtomobil idarə edilərkən pedal səhvi nəticəsində törədildiyi də istisna edilmir.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır, hadisənin səbəbləri dəqiqləşdirilir.
Turab










