Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş VERDİbackend

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib

NOCOMMENT.az xəbər verir ki, Sumqayıt şəhərində bir neçə avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza şəhərin Üzeyir Hacıbəyli küçəsində baş verib.

İlkin məlumatlara əsasən, Nissan, Hyundai, VAZ 2107 və Subaru markalı minik avtomobilləri bir-biri ilə toqquşub. Nəticədə hər dörd nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Fakt üzrə aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.