Sumqayıtda zəncirvari YOL QƏZASI – FOTObackend

Sumqayıtda zəncirvari YOL QƏZASI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 50-DE-533 dövlət nömrə nişanlı BMW markalı avtomobil idarəetmədən çıxaraq qarşıdan gələn 50-CA-510 dövlət nömrə nişanlı BMW markalı avtomobilə çırpılıb. Sonuncu isə zərbənin təsirindən yolun kənarında dayanan 50-DH-627 dövlət nömrə nişanlı KIA markalı avtomobilə dəyib. Qəza nəticəsində xəsarət alan olmasa da hər 3 avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP və PPX əməkdaşları və təxliyə maşını cəlb edilib.