Sumqayıtlı gənc idmançılar beynəlxalq turnirdə çempion oldular – FOTO/VİDEObackend

Sumqayıtlı gənc idmançılar beynəlxalq turnirdə çempion oldular – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı Raquf Orucovun və torpaqlarımızın azad edilməsi uğrunda canından keçən bütün hərbçilərimizin xatirəsinə həsr olunmuş 20 yaşadək cüdoçular arasında (U-20) ənənəvi lV “Raquf Orucov Kuboku” beynəlxalq turnirinə start verilib.

NOCOMMENT.az xəbər verir ki, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirdə Sumqayıt şəhərinin iki təmsilçisi qızıl medalı qazanıb. 

100 kq çəki dərəcəsində Şıxəlizadə Nihad Zöhrab oğlu, 81 kq-da isə Şükürov Süleyman Elçin oğlu fərqləniblər.