Sumqayıtlı idmançı Kamil Zeynallını görüşə çağırdı – VİDEObackend

Sumqayıtlı idmançı Kamil Zeynallını görüşə çağırdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda Corat qəsəbəsində yaşayan, idmanın Sambo növü üzrə 100 kq çəki dərəcəsində Milli Yığma Komandanın bir nömrəlisi Nizami Məmmədov son günlər koronavirus pandemiyasından zərər çəkərək evdə işsiz qalan aztəminatlı insanlara yardım göstərən Kamil Zeynallıya video müraciət ünvanlayıb.

NOCOMMENT.az xəbər verir ki, Sumqayıtlı idmançı Kamil Zeynallının yardım paylayan zaman yerli icra hakimiyyəti orqanlarının başçılarına qarşı nalayiq sözlər işlətdiklərinə görə qınayıb, bunun idmançıya yaraşan hərəkət olmadığını bildirib.

Azərbaycanı dəfələrlə beynəlxalq çempionatlarda və turnirlərdə təmsil edərək bayraq qaldırmış heç bir idmançının bu kimi nalayiq sözlər işlətmədiyini, təhqiramiz ifadələr söyləmədiyini deyən samboçu Kamil Zeynallını insanlara “şəxsiyyətsiz”, “korsan”, “şərəfsizsən” kimi xoşagəlməz alçaldıcı ifadələr işlətməkdə qınayıb və insanları təhqir etməməyə çağırıb.

O, həmçinin bildirib ki, bir insanı tanımadan ləyaqətini, şəxsiyyətini alçaltmaq olmaz. “Bir idmançı kimi bunları sənə yaraşdırmıram. Nömrəmi də videonun altına qoyacam. Mənə nə isə bir sözün olsa zəng et görüşək, sənin ərtafındakı idmançıların yanında kimin doğru söylədiyini araşdıraq”, – deyə Nizami Məmmədov əlavə edib.

Sumqayıtlı idmançı həmçinin Kamil Zeynallını Pirallahı qəsəbə İcra Nümayəndəsi Vasif İmanovu yanlış təhqir etdiyini, ona şərəfsiz ifadəsi deməkdə suçlayıb, bunun bir idmançıya yaraşan hərəkət olmadığını qeyd edib.

Sonda Nizami Məmmədov Kamil Zeynallıya müraciət edərək, Sumqayıtda Corat qəsəbəsində yaşadığını, ehtiyac olduğu təqdirdə görüşərək bu məsələni üzbəüz müzakirə etməyə hazır olduğunu bildirib.

Daha ətraflı videoda: