Sunak yardım kampaniyasına qoşuldubackend

Sunak yardım kampaniyasına qoşuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə iki dağıdıcı zəlzələdən sonra dünyanın bir çox ölkəsindən Türkiyəyə yardım və dəstək göndərənlərin sayı durmadan artır.

NOCOMMENT.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak London Universitet Kollecinin (UCL) Türk Tələbə Birliyinin zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına qatılıb və tələbələrə yardım materiallarını yığmağa kömək edib.

İngiltərə mətbuatında yer alan xəbərə görə, Sunak UCL-də tələbələrin başlatdığı yardım kampaniyasına qoşulmaq üçün universitetə ​​gedib və Türkiyə Tələbə Birliyi üzvləri ilə görüşüb.

NOCOMMENT.AZ