Süni intellekt döyüş meydanında tətbiq olunacaqbackend

Süni intellekt döyüş meydanında tətbiq olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Süni intellekt müharibəyə böyük təsir göstərib”.

NOCOMMENT.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Davosda keçirilən Dünya İqtisadi Forumunda belə deyib. Bildirib ki, hərbi əməliyyatlarda süni intellektdən istifadə transformasiya xarakteri daşıyacaq.

Ukrayna 2023-cü ildə Rusiya qüvvələri ilə münaqişədə süni intellektdən istifadə edib. Bundan sonra da döyüş meydanında tətbiq etməyi planlaşdırır:

“2023-cü ildə süni intellektdən istifadə müharibənin gedişatında əhəmiyyətli rol oynadı. 2024-cü il ərzində biz döyüş meydanında süni intellekti sınaqdan keçirmək və tətbiq etmək üçün böyük səylər göstərəcəyik. Lakin süni intellektin gücü bundan daha genişdir. Bölgədə fəaliyyət göstərmək üçün kifayət qədər ağıllı pilotsuz təyyarələriniz varsa, ölkənizdən minlərlə kilometr uzaqda bir donanma saxlamağa ehtiyac yoxdur”.