Süni intellektin atası istefa verdi: peşmanambackend

Süni intellektin atası istefa verdi: peşmanam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Süni intellektin atası” olaraq xarakterizə edilən 75 yaşlı Geoffrey Hinton, süni intellekt sahəsindəki inkişafın “dəhşətli” olduğunu və bu sahədəki işindən peşman olduğunu deyərək Google-dan istefa verdiyini açıqladı.

NOCOMMENT xəbər verir ki, New York Times-a danışan Geoffrey Hinton, Google-dakı vəzifəsindən istefa edərək, “Bu sahədəki inkişaflardan qaynaqlanan potensial təhlükələr səbəbiylə süni intellektdəki işimə peşman oldum” deyib.

Süni intellektli chatbotların hazırda insanlardan daha təhlükəli olmadığını, lakin potensial təhlükələrinin bəzilərinin olduqca qorxulu olduğunu ifadə edən Hinton, onların yaxın gələcəkdə insanlardan daha ağıllı ola biləcəyi qənaətində olduğunu ifadə etdi.