Süni intellektin iPhone-da necə işləndiyini açıqlanıbbackend

Süni intellektin iPhone-da necə işləndiyini açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Apple” şirkəti öz smartfonlarında süni intellekt (AI) imkanlarının necə işləyəcəyi ilə bağlı qərar verib.

NOCOMMENT.az xəbər verir ki, bu məlumatı Bloomberg insayderi açıqlayıb.

Köşə yazarı Mark Qurmanın sözlərinə görə, Apple əsas süni intellekt xüsusiyyətlərini brendin mobil cihazlarında yerli olaraq aktivləşdiriləcək şəkildə hazırlayıb. Bu o deməkdir ki, tapşırıqları yerinə yetirmək üçün İnternetə və ya bulud serverlərinə girişə ehtiyacınız olmayacaq.

Qurman qeyd edib ki, bu yanaşma süni intellektlə daha məxfi qarşılıqlı əlaqəni təmin edəcək, çünki bütün məlumatlar cihazda lokal olaraq saxlanılacaq. Bundan əlavə, iPhone məlumatı emal etmək üçün xarici serverə qoşulmağı tələb edən yeni qabaqcıl AI imkanları ilə təchiz oluna bilər.

İnsayderin sözlərinə görə, yeni funksiyalar Google Gemini və ya digər alətlərdən istifadə etməklə işləyəcək. Bundan əlavə, süni intellekt dəstəyi şirkətin digər cihazlarına da genişləndiriləcək.