Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQbackend

Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Süni intellektlə bağlı diqqətli olmalıyıq.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə OpenAI şirkətinin rəhbəri Sem Altman bildirib.

“GPT-4 işçiləri əvəz etmək, dezinformasiya yaymaq və kiberhücumlara şərait yaratmaq potensialına malikdir. GPT-4 müxtəlif peşəkar və akademik meyarlar üzrə insan səviyyəsində çıxış edir. Bu modellərin genişmiqyaslı dezinformasiya üçün istifadə oluna biləcəyindən narahatam”, – o deyib.

Altman sahibi olduğu şirkətin süni intellektə “təhlükəsizlik hədləri” təyin etmək üçün çalışdığını söyləyib.

“Məncə, insanlar bundan bir az qorxduğumuz üçün xoşbəxt olmalıdırlar”,-  OpenAI-nin baş direktoru bildirib.

Hazırda GPT-4 sınaq mərhələsindədir və məhdud sayda istifadəçilər üçün əlçatandır. İlkin hesabatlara əsasən, GPT-4 adlı süni zəka çatbotu əvvəlki versiyadan daha güclü və təhlükəli hesab olunur.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın OpenAI şirkəti GPT-4 adlı süni zəka çatbotunu təqdim edib. Şirkət bildirib ki, onun ən son texnologiyası “multimodal”dır, yəni qeyd olunan çatbot əvvəlki versiyalardan fərqli olaraq yalnız mətnlər yox, video, şəkil və səs kimi bir çox məzmun yarada bilir. Tərtibatçıların sözlərinə görə, GPT-4 müxtəlif peşəkar və akademik sınaqlarda insan səviyyəsinə çatmaq imkanına malikdir.

GPT-4-ün sələfi ilə müqayisədə qadağan olunmuş məzmunla bağlı sorğulara cavab vermə ehtimalı 82% azdır, düzgün cavablar yaratmaq ehtimalı isə 40% çoxdur. Şirkət modelin təkmilləşdirilməsinə altı ay sərf edib. Buna baxmayaraq, OpenAI şirkəti GPT-4-ün mükəmməl olmadığını açıqlayıb. Çatbot testlərin birində Elvis Preslini “aktyorun oğlu” adlandırıb. GPT-4 2021-ci ilin sentyabrından sonra baş verən hadisələrdən xəbərsizdir.

Mətbuatda yayılan məlumata görə, şirkətin bundan əvvəlki GPT-3.5 modeli 175 milyard parametrləri özündə cəmləşdirib. GPT-4 isə bundan dəfələrlə çox, 10 trilyon parameterə malik ola bilər.