Süni tənəffüs cihazında olan xəstələrin sayı KƏSKİN AZALDIbackend

Süni tənəffüs cihazında olan xəstələrin sayı KƏSKİN AZALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1940-dır.

NOCOMMENT.az TƏBİB-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 7656, hazırkı dövrədək isə 1027685 test aparılıb.

Məlumata görə reanimasiyada olan xəstələrin sayı 115, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 8-dir.

Azərbaycanda indiyədək ümumilikdə 38658 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib, aktiv xəstə sayı 1940 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.