Super Liqa: “Beşiktaş” turu qələbə ilə başa vurubbackend

Super Liqa: “Beşiktaş” turu qələbə ilə başa vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Super Liqasında XX turun oyunları davam edir.

NOCOMMENT.az xəbər verir ki, günün ilk matçında autsayder “Eyüpspor” səfərdə “Alanyaspor”la üz-üzə gəlib.

Dörd qolun vurulduğu qarşılaşmada qonaqlar 3:1 hesabı ilə qələbə qazanıblar.

“Beşiktaş” isə doğma meydanda “Konyaspor”u qəbul edib. “Qara qartallar” bu görüşdə rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Türkiyə Super Liqası
XX tur
15:30. “Alanyaspor” – “Eyüpspor” – 1:3
18:00. “Başakşəhər” – “Rizəspor” – 2:2
21:00. “Göztəpə” – “Karagümrük” – 2:1
21:00. “Beşiktaş” – “Konyaspor” – 2:1