Suqovuşanda minalanmış ərazidə yanğın oldu – VİDEObackend

Suqovuşanda minalanmış ərazidə yanğın oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər rayonunun Suqovuşan qəsəbəsi ərazisində yanğın baş verib.

NOCOMMENT FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mina və partlamamış sursat təhlükəsi olan, quru ot və kol-kos ərazidə baş verdiyi məlum olub.

Yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində quru ot və kol-kos sahəsi yanıb. Yanğının ətraf ərazilərə və avtomobil yollarına keçməsinin qarşısı alınıb.